Вернуться назад Распечатать

Estoniya növbəti dəfə Rusiya ilə sərhədi tamamilə bağlamağı düşünür

İsamaa partiyası növbəti dəfə Estoniya parlamentinə Rusiya ilə sərhədin tamamilə bağlanması ilə bağlı qanun layihəsi təqdim edib.

1xeber.media xəbər verir ki, ölkə növbəti dəfə belə bir qərarı nəzərdən keçirir.

Partiyanın sədri Urmas Reinsalu izah edib ki, qanun layihəsi Estoniya xalqının təhlükəsizliyini təmin etməyə yönəlib. O əlavə edib ki, sərhəd bağlanarsa, ölkə hakimiyyəti gözlənilməz hadisələrin baş vermə riskini azalda biləcək. Müsbət nümunə kimi Reinsalu artıq Belarusla sərhədi bağlayan Polşa və Rusiya ilə sərhəd-keçid məntəqələri də fəaliyyətini dayandıran Finlandiyanın təcrübəsinə diqqət çəkib.

Partiya sədri belə bir həllin Latviya və Litva ilə əməkdaşlıqda daha səmərəli olacağını vurğulayıb.

Mart ayında Estoniya hökuməti İsamaa partiyasının Rusiya ilə sərhədin bağlanması ilə bağlı ilk qanun layihəsini nəzərdən keçirdi və bu ideyanı rədd etdi. Parlamentin 14 üzvü təşəbbüsü dəstəkləyib, 61 deputat isə əleyhinə səs verib.