1xeber.media xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) sentyabrın 16-da bildirib ki, Hudeydədə husilərə zərbə endirdikdən az sonra Yəməndən raket buraxılışı aşkarlayıb.
"İsrail Müdafiə Qüvvələri Yəməndən İsrail ərazisinə doğru raket atışı aşkarlayıb", - İsrail ordusunun Telegram kanalı bildirib.
Onun qarşısını almaq üçün hava hücumundan müdafiə sistemlərinin işlədiyi vurğulanır. Ölkənin bir sıra ərazilərində də sirenlər səslənib, hava hücumu xəbərdarlığı elan edilib.