Qəzza zolağında vəziyyət dəhşətlidir, lakin bunun soyqırım kimi müəyyən edilməsi Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) öhdəsindədir.
1xeber.media xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
“Soyqırımın hüquqi tərifini vermək Baş Katibin vəzifəsi deyil, bu məsələ səlahiyyətli məhkəmə orqanlarının, yəni ICC-nin səlahiyyətinə aiddir (...) Amma hazırda Qəzzada baş verənlər dəhşətlidir”, o qeyd edib.
Quterreş gələn həftə dünya təşkilatının mənzil-qərargahında İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu da açıqlayıb.
Bundan əvvəl BMT-nin işğal olunmuş Fələstin ərazisindəki hadisələri araşdıran komissiyası öz hesabatında İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım kimi tanıyıb.
Buna cavab olaraq ölkənin Xarici İşlər Nazirliyi BMT-nin müvafiq komissiyasının buraxılmasını tələb edib. Diplomatik xidmət dərc olunmuş hesabatın “yalanlara əsaslandığını” bildirib.