ABŞ-ın respublikaçı senatoru Lindsey Graham (Rosfinmonitoring-in terrorçu və ekstremistlər siyahısına daxil edilib) ABŞ Senatına Rusiyanı “terrorizmin dövlət sponsoru” kimi müəyyən edən qanun layihəsi təqdim edib.
1xeber.media bu barədə Konqresin elektron sistemindəki bildirişə istinadən xəbər verir.
Nəşrin aydınlaşdırdığı kimi, sənədin özü qanun layihəsinin elektron bölməsində yoxdur.
Bundan əvvəl məlum olmuşdu ki, ABŞ Senatında Respublikaçılar və Demokratlardan ibarət təşəbbüs qrupu Rusiya və Belarusun “terrorçuluğun sponsoru dövlət” kimi tanınması haqqında qanun layihəsi hazırlayır.