1xeber.media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Hökumət Evində yerləşən qurumlardan təsdiqləyiblər.
Bildirilib ki, buna səbəb “Formula-1” yarışları ilə əlaqədar ərazidə hərəkətin məhdudlaşdırılmasıdır.
Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşdiyindən sentyabrın 22-nə qədər binaya giriş qadağan olunub.
Əməkdaşların da məhz həmin gündən işə qayıdacaqları qeyd olunub.
Qeyd edək ki, Hökumət Evində bir neçə dövlət qurumu – Mədəniyyət Nazirliyi, Energetika Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkili, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyindəki Regional Su Meliorasiya Xidməti fəaliyyət göstərir