Вернуться назад Распечатать

Rəqsanədən xəbər var

Rəqasanə İsmayılovanın  hüquqlarını müdafiə edən vəkili Hikmət Əliyev bir müddət əvvəl Globalinfo.az-a açıqlamasında yaxın günlərdə onun ev  dustaqlığına buraxılması üçün yenidən məhkəməyə müraciət ediləcəyini bildirmişdi.

Vəkil konkret tarix açıqlamasa da, təxminən bunun 10 gün ərzində baş tutacağını əlavə etmişdi.

Hazırda məsələ nə yerdədir?

Vəkil Hikmət Əliyev  hələlik dəyişikliyin olmadığını bildirib.

“Hazırda heç bir irəliləyiş yoxdur, hələ ki müraciət etməmişik. Amma yenidən məhkəməyə müraciət etməyi düşünürəm. Müəyyən mənada planlar var, yaxın zamanda müraciətimiz gözlənilir”.

Xatırladaq ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunur.