Вернуться назад Распечатать

"Main" yaşayış kompleksində oğurluq - Naqillər oğurlandı

Bakıda yerləşən "Main” yaşayış kompleksində oğurluq olub. 

1xeber.media məlumatına görə, yaşayış kompleksindəki binaların birinin 3 mənzilindən mis naqillər oğurlanıb. Həmin mənzillər təmrisiz olub. Təmir olunmuş məznillərin birindən isə qiymətli əşyalar "yox”a çıxıb. 
Mənzil sahibləri hadisə barədə polisə məlumat verib. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. 
Amid adlı həmin şəxsə Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinə Yasamal RayonMəhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılıb. Məhkəmə prosesini zamanı müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. 
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.