Вернуться назад Распечатать

Tramp etiraf etdi: “III Dünya Müharibəsinə doğru gedirdik”

“Ukrayna ətrafındakı münaqişə artıq III Dünya Müharibəsinə çevrilmək təhlükəsi yaratmır”.

1xeber.media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Bu, III Dünya Müharibəsinə qədər gedib çıxacaq bir müharibədir. Amma indi vəziyyət o həddə çatacaq səviyyədə deyil. Əvvəl hər şey III Dünya Müharibəsinə doğru gedirdi. Münaqişənin həll olunmamasından məyusam. Hərçənd müharibənin tezliklə bitəcəyinə ümidliyik”, – Tramp vurğulayıb.