1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin Qəzza zolağında humanitar vəziyyətlə bağlı qətnamə layihəsinə səsvermədən sonra verdiyi açıqlamaya görə, BMT Təhlükəsizlik Şurasının Qəzzada axan qanı dayandırmaması məyusedicidir.
"Mövcud görünməmiş böhranın başlanğıcından bəri yeddinci dəfə veto hüququndan istifadə edən ABŞ istisna olmaqla, BMT Təhlükəsizlik Şurasının bütün nümayəndə heyətləri qətnamə layihəsinin lehinə səs verdi. BMT Təhlükəsizlik Şurasının döyüşləri və qan tökülməsini dayandırmaması və mülki əhalinin əzablarına son qoymaması dərin təəssüf doğurur və məyusedicidir", - bəyanatda deyilir.
XİN Moskvanın beynəlxalq hüquq normalarına uyğun olaraq dərhal atəşkəs və sülh prosesinin yenidən başlamasını dəstəklədiyini vurğulayıb.