Вернуться назад Распечатать

Kallas: Aİ Rusiyanın Mir ödəmə sisteminə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır

Avropa İttifaqı (Aİ) Rusiyanın “Mir” ödəniş sisteminə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 19-da Avropa diplomatiyasının rəhbəri Kaja Kallas məlumat verib.

"Biz üçüncü ölkələrdə, o cümlədən kriptovalyutalardan istifadə yolu ilə Rusiyanın vergidən yayınma sxemlərinə qarşı tədbirlər görməyi təklif edirik. Biz Rusiyanın "Mir" kredit kartları sisteminə qarşı da tədbirlər görməyi planlaşdırırıq", - o deyib.