Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyə direktor əvəzi təyin edilib.
1xeber.media Qaynarinfo.az-a istinadən xəbər verir ki, Yasəmən Kamil qızı Əliyeva 20 nömrəli məktəb-liseyə direktor əvəzi gətirilib.
Yasəmən Əliyeva uzun illərdir sözügedən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. O, həmçinin xeyli müddətdir ki, 60 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini müvəqqəti icra edir.
Qeyd edək ki, 20 nömrəli məktəb-liseyin direktoru Esmira Azər qızı Ağayeva vəzifəsindən azad edilərək, 158 nömrəli tam orta məktəbin direktoru təyin olunub.