Вернуться назад Распечатать

Qabrelyanov məşhur rus nəşrini alıb

Tanınmış media meneceri, “News Media” holdinqinin təsisçisi Aram Qabrelyanov “Baza” nəşrinin 100% payını alıb.

1xeber.media xəbər verir ki, biznesmen açıqlamasında, Rusiyanın məşhur layihəsini aldığını bildirdi.

Media meneceri "100% pay aldım" dedi. O, əməliyyat məbləğini dəqiqləşdirməkdən imtina etdi, lakin bildirdi ki, Baza Life, Mash və Shot layihələrinin daxil olduğu News Media holdinqinin bir hissəsi olmayacaq.

Qabrelyanovun sözlərinə görə, polis əməkdaşlarına rüşvət verməkdə təqsirləndirilən “Baza”nın baş redaktoru Qleb Trifonov və prodüser Tatyana Lukyanovaya qarşı cinayət işi satınalma qərarına təsir göstərməyib. "Bu, çoxdan qərara alınıb", - iş adamı əlavə edib.

Daha əvvəl bildirilmişdi ki, Moskvanın Zamoskvoretski Məhkəməsi Trifonov və Lukyanova barəsində seçilmiş həbs-qətimkan tədbirini ibtidai həbsdən ev dustaqlığına dəyişdirib. Baza əməkdaşları oktyabrın 20-dək ev dustaqlığında olacaqlar.

Trifonov və Lukyanova iyulda saxlanılıb. Müstəntiqlər hesab edirlər ki, jurnalistlər polis əməkdaşlarına məlumat və ya video çəkilişlərə görə birdəfəlik 20-30 min rubl pul ödəyiblər.