Вернуться назад Распечатать

Bu şərtlərdə təhsil alırlar... - Video

Şəmkirin Qaracəmirli kəndindəki 1 nömrəli məktəbdə oturmağa yer olmadığından şagirdlərin bir qismi dərsi ayaqüstə dinləyir.

1xeber.media xəbər verir ki, sakinlər yeni tədris ilindən məktəbdə aparılan sinif bölgüsünün vəziyyəti bu həddə çatdırdığını deyir.

Onların sözlərinə görə, şagirdlərin sayı sinifdəki yerləri az qala 2 dəfə üstələyir.

Valideynlərin iddiasına görə, problemin yaranmasının digər səbəbi isə məktəbdə 2 növbəli tədris sisteminin ləğv edilməsidir.

Yaranmış vəziyyətlə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən deyilib ki, məsələ araşdırılır.

Yekun qərar araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə təqdim ediləcək.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında: