Вернуться назад Распечатать

Nuridə Məmmədovaya vəzifə verildi

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

1xeber.media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun imzaladığı əmrə əsasən, Nuridə Rafiq qızı Məmmədova xəstəxananın direktoru vəzifəsinə təyin olunub.

N. Məmmədova daha əvvəl sözügedən xəstəxananın direktorunun cərrahiyyə üzrə müavini vəzifəsini icra edib.

Xatırladaq ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev ötən ay vəzifəsindən azad edilmişdi.