Вернуться назад Распечатать

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

1xeber.media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ukrayna ordusu sıralarında döyüşlərə qatılan 1987-ci il təvəllüdlü Həsənov Tofiq Tahir oğlu Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını icra edərkən həyatını itirib.

Onun Ukrayna ordusunun hərbçisi kimi hava dronları üzrə operator və aparıcı mütəxəssis vəzifəsində çalışdığı bildirilib.