Вернуться назад Распечатать

Tramp Suriya prezidenti və Zelenski ilə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Suriya Ərəb Respublikasının (SAR) müvəqqəti prezidenti Əhməd əl-Şaraa və Kiyev rejiminin başçısı Vladimir Zelenski ilə görüşməyi planlaşdırır.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 20-də mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.

Məqalədə deyilir: “Ağ Ev Trampla Suriya prezidenti Əhməd əl-Şaraa və  Vladimir Zelenski kimi dünya liderləri arasında ikitərəfli danışıqları planlaşdırmağa çalışır.

ABŞ prezidentinin ikinci müddətində ilk dəfə BMT-nin baş katibi Antonio Quterreşlə də görüşəcəyi gözlənilir.