Вернуться назад Распечатать

Rusiya Ukraynaya məxsus 5 pilotsuz təyyarəni vurub

1xeber.media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, hava hücumundan müdafiə qüvvələri Kursk və Belqorod vilayətləri üzərində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatını (PUA) vurub.

“Hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 5 sabit qanadlı PUA-nı məhv edib: 3-ü Belqorod vilayəti, 2-si Kursk vilayəti üzərində”, - məlumatda deyilir.