1xeber.media xəbər verir ki, ABŞ rəsmiləri Latviya, Litva və Estoniyaya təhlükəsizlik yardımını kəsməyi planlaşdırıblar.
Bildirilir ki, ABŞ rəsmiləri avqust ayında avropalı diplomatlarla görüşüb və Rusiya ilə həmsərhəd olan NATO üzvlərinə yardımın bir hissəsini kəsmək planlarını açıqlayıblar. Pentaqon rəsmisi Devid Beykerin sözlərinə görə, Avropa ölkələri ABŞ-ın dəstəyindən daha müstəqil olmalıdır.
Bundan əvvəl Estoniyanın daxili işlər naziri İqor Taro Rusiya ilə sərhədin tamamilə bağlanması imkanını nəzərdən keçirib. O, bəyan edib ki, Latviya və Litva Rusiya ilə sərhədi bağlamaq qərarına gəlsə, Estoniyaya təzyiq göstəriləcək.