Ukrayna Fransanın keçmiş prezidenti general Şarl de Qollun nəvəsi Pyer de Qolla qarşı sanksiyalar tətbiq edib.
1xeber.media xəbər verir ki, Müvafiq sərəncamı prezident Vladimir Zelenski imzalayıb və sənəd onun rəsmi saytında dərc edilib.
Sanksiya siyahısında Pyer de Qolldan başqa, Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina və Rusiya daxili işlər nazirinin birinci müavini Andrey Kikot da var.
Bundan əvvəl Fransanın keçmiş prezidentinin nəvəsi Rusiya vətəndaşlığını almaq arzusunu bildirib. O, bunu övladlarının gələcəyi naminə etmək istədiyini izah edib. "Biz onlara bizim üçün vacib olan dəyərləri ötürə biləcəyik. Biz uşaqlarımızı tənəzzüldən, Qərbdə baş verən dəyərlərin tənəzzülündən xilas etmək istəyirik" dedi Pierre de Gaulle.