İranın Ali Milli Təhlükəsizlik Şurası BMT-də Tehrana qarşı sanksiyalara dair səsvermədən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
1xeber.media xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB Təhlükəsizlik Şurasının bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu qərar “Avropa ölkələrinin hərəkətlərinə görə” verilib.
MAQATE və İran sentyabrın əvvəlində İslam Respublikasındakı nüvə obyektlərində yoxlamaları bərpa etmək barədə razılığa gəliblər. Daha əvvəl İsrail və ABŞ-ın İrana zərbələrindən sonra əməkdaşlıq dayandırılmışdı.
Avqustun sonunda The Wall Street Journal xəbər vermişdi ki, MAQATE-nin baş direktoru Rafael Qrossi İrandan gələn təhdid səbəbindən Avstriyanın elit kəşfiyyat bölməsi Kobra tərəfindən 24 saat mühafizə altındadır.