Вернуться назад Распечатать

Qriqoryan Simonyanın Bakı səfərini şərh etmədi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Milli Təhlükəsizlik Xidmətinin rəisi Andranik Simonyanın Bakıya səfərini şərh etməyib.

1xeber.media  xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onun sözlərinə görə, A.Simonyan səfərin nəticələrini buna ehtiyac olduqda təqdim edəcək.

A.Qriqoryan özünün Bakıya səfərinin mümkün olub-olmaması ilə bağlı suala "Belə müzakirələr aparılmır" deyə cavab verib.