Вернуться назад Распечатать

Qərb Gürcüstanda “Ukrayna Maydanı” hazırlayır - Kobaxidze

Ukraynada Maydan hadisələri xarici kəşfiyyat orqanları tərəfindən maliyyələşdirilirdi, Gürcüstanda da buna bənzər bir şey baş verir, amma hökumət belə bir ssenariyə imkan verməyəcək.

1xeber.media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Bütün bunlar (Gürcüstandakı mitinqlər) Maydan hadisəsində olduğu kimi, xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilib. Yadınızdadır məxfi xidmətlər Maydanı necə maliyyələşdirdi və bu, Ukrayna üçün nə ilə nəticələndi? Ukrayna dövləti məhv edildi. Xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilən inqilabdan sonra Ukrayna iki müharibə yaşadı. Təbii ki, ölkəmizdə belə bir ssenarinin inkişafına imkan verməyəcəyik”, - o bildirib.