Вернуться назад Распечатать

Makron Fələstin dövlətçiliyinin tanındığını elan edib

Fransa Fələstin dövlətçiliyini tanıyıb.

1xeber.media xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron sentyabrın 22-də məlumat verib.

Nyu-Yorkda BMT Baş Assambleyasının Fələstin üzrə konfransı zamanı deyib: "Mən bu gün Fransanın Fələstin Dövlətini tanıdığını bəyan edirəm".

O, həmçinin bildirib ki, Fələstin dövlətçiliyinin tanınması İsrail xalqının hüquqlarını “azaltmır”. Bundan başqa, Makron əlavə edib ki, Fransa Qəzzada vəziyyəti sabitləşdirmək üçün beynəlxalq missiyada iştirak etməyə hazırdır.