Вернуться назад Распечатать

Milyonluq villa aldığı deyilən AYNA sədri NİYƏ SUSUR?-VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin sözün gerçək mənasında “yoldan pul çıxardığı” sirr deyil. Ölkə rəhbərliyi tərəfindən müasir infrastrukturun qurulması, nəqliyyatın hərəkətinin daha keyfiyyətli olması məqsədilə yaradılan AYNA-nın adı zaman-zaman maxinasiyalarda və fırıldaqlarda hallanır. Bunun başlıca səbəbi də Agentliyin sədri Anar Rzayevin fəaliyyəti, daha doğrusu desək, fəaliyyətsizliyidir.

Media dəfələrlə AYNA-nın fəaliyyətindəki problemləri gündəmə daşıyıb, həlli yolları ilə bağlı müxtəlif təkliflər səsləndirilib, lakin nə problemlər aradan qalxıb, nə də Anar Rzayev bütün bunlara heç bir reaksiya verməyib. Elə Demokrat.az-ın son olaraq yayımladığı villa qalmaqalında olduğu kimi.

Anar Rzayevin bir milyonliq villa alması ilə bağlı əldə etdiyimiz məlumatı ötən həftə dərc etmişdik. Və peşə prinsiplərinə sadiq qalaraq, məlumatla bağlı AYNA-nın mətbuat xidmıtinə rəsmi sorğu da ünvanlamışdıq, lakin necə deyərlər, “daşdan səs çıxdı, amma AYNA-dan yox”. 

Bu səssizlik nəyin əlamətidir?