Qırğızıstanın paytaxtı Bişkekdə “Mərkəzi Asiya ölkələrinin parlamentləri: Regionun hərtərəfli inkişafı üçün səmərəli həll yolları” mövzusunda Mərkəzi Asiya Dövlətlərinin III Parlamentlərarası Forumu keçirilib.
1xeber.media xəbər verir ki, forumda tərəflər Mərkəzi Asiya dövlətləri arasında parlamentlərarası əməkdaşlığı gücləndirməklə davamlı iqtisadi artımın təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsi, rəqəmsal mühitin inkişafı sahələrində məsələləri müzakirə ediblər.
Formun yekunu olaraq Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Qazaxıstan parlamentlərinin sədrləri arasında birgə bəyannamə imzalanıb.
Bundan əvvəlki forumlar 2023-cü ildə Qazaxıstanda, 2024-cü ildə isə Özbəkistanda keçirilib.