ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela lideri Nikolas Maduronun gərginliyi azaltmaq üçün danışıqlar təklifini rədd edib.
1xeber..media xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolina Levitt Maduronun Trampa ünvanladığı məktubu yalanlarla dolu adlandırıb.
O bildirib ki, ABŞ-ın Venesuela ilə bağlı mövqeyi dəyişməyib: “Biz Maduro rejimini qeyri-legitim hesab edirik”.
Maduro həmin məktubda ABŞ-ın onu narkotik kartelinə rəhbərlik etməkdə ittiham etməsini tamamilə yalan adlandırıb və Trampı sülhü qorumağa çağırıb.