1xeber.media xəbər verir ki, ABŞ-ın birinci xanımının baş müşaviri Mark Bekmanın “New York Post” qəzetinə istinadən verdiyi məlumata görə, Melaniya Trampın BMT Baş Assambleyasının sessiyasında Ukrayna prezidenti Yelena Zelenskanın həyat yoldaşı ilə ikitərəfli görüş keçirməsi gözlənilmir.
"Zelenska görüş təşkil etmək üçün bir neçə dəfə Melaniyaya müraciət edib. Amma ikitərəfli görüş olmayacaq, rəsmi heç nə baş verməyəcək", - o deyib.
Bekman əlavə edib ki, birinci xanım nəzakəti ilə tanındığından, o, hələ də Ukrayna prezidentinin xanımını salamlayacaq.
Bundan əvvəl bildirilmişdi ki, BMT Baş Assambleyasının sessiyasının iştirakçıları ABŞ prezidenti Donald Trampın çıxışını bitirdikdən dərhal sonra BMT-nin baş qərargahını kütləvi şəkildə tərk etməyə başlayıblar. Binanı ilk tərk edənlər arasında Melaniya, İspaniya kralı VI Felipe və Serbiya prezidenti Aleksandr Vuçiç də olub.