Вернуться назад Распечатать

Tramp Rusiyanın hərbi gücünü dəyərləndirib

ABŞ prezidenti Donald Tramp Rusiyanın hərbi gücünü dəyərləndirib.

1xeber.media xəbər verir ki, O, bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna lideri Vladimir Zelenski ilə görüşündə deyib.

"Rusiyanın böyük hərbi gücü var. Çoxları [Ukraynadakı münaqişənin] tez bitəcəyini düşünürdü", - o qeyd edib.

Tramp vurğulayıb ki, təhlükəsizlik məsələlərini müzakirə edərkən Rusiya ordusunun potensialını nəzərdən qaçırmaq olmaz. Kiyev üçün təhlükəsizlik təminatları barədə suala o, cavab verdi ki, bu mövzu daha sonra müzakirə olunacaq.

Bundan əvvəl ABŞ prezidenti bəyan etmişdi ki, NATO ölkələri alyans ölkələrinin hava məkanını pozacaqları təqdirdə Rusiya təyyarələrini vuracaqlar.