1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp sentyabrın 23-də Ukrayna lideri Vladimir Zelenski ilə görüşündə deyib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə danışmaq hələ tezdir.
"Bu barədə sonra danışa bilərik. İnşallah, bu barədə bir qədər sonra danışa bilərik. Bu suala cavab vermək üçün bir az tezdir", - deyə Tramp təhlükəsizlik zəmanətlərinin verilməsində ABŞ-ın rolundan danışıb.
Bundan başqa, Tramp Macarıstanın baş naziri Viktor Orbanla Rusiya neftinin alışının dayandırılması məsələsini müzakirə edə biləcəyini deyib. Onun sözlərinə görə, Budapeşt bundan sonra da Rusiya neftinin alınmasını dayandıracaq.