Вернуться назад Распечатать

Bakıda növbəti ağacəkmə aksiyası keçirildi - Fotolar

27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Qaradağ rayonunda Bakı-Ələt yolunun kənarında ağacəkmə aksiyası təşkil edilib. 

1xeber.media xəbər verir ki, aksiyada BŞİH-nin  rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri  iştirak ediblər.

İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.  

Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğunağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.  

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin  yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.