Вернуться назад Распечатать

Bayramov həmkarı ilə görüşdü

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Nyu-Yorkda görüşüb.

1xeber.media  xəbər verir ki, bununla bağlı Pakistan XİN rəhbəri “X” hesabında paylaşım edib.

“BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qardaşım və dostum, xarici işlər naziri Ceyhun Bayramov ilə görüşmək çox xoş oldu. Pakistan və Azərbaycan tərəfdaşlığını gücləndirməyə və dərinləşdirməyə sadiq qalır”, - paylaşımda deyilir.