Вернуться назад Распечатать

Melaniya Tramp Zelenskinin həyat yoldaşı ilə görüşüb

ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenska ilə görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətindəki mənbələrə istinadən “Public” Telegram kanalı məlumat yayıb.

“Olena Zelenska və Melaniya Tramp BMT Baş Assambleyası çərçivəsində ikitərəfli görüş keçirib”, – nəşr yazıb. Təfərrüatlar açıqlanmayıb.

Bundan əvvəl Melaniya Trampın Olena Zelenska ilə görüşdən imtina etdiyi bildirilirdi. Bu barədə birinci xanımın baş müşaviri Mark Bekman məlumat verib.

Avqust ayında birinci xanım Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq, siyasətçidən sülh bərqərar etməklə uşaqları müharibədən qorumağı xahiş edib. ABŞ prezidenti bu mesajı Rusiya liderinə Alyaskada keçirdiyi görüş zamanı çatdırıb.