Вернуться назад Распечатать

Lavrov və Slovakiyanın xarici işlər naziri görüş zamanı Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Slovakiyanın xarici işlər naziri Yuray Blanar ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 24-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Qarşılıqlı maraq doğuran əsas beynəlxalq məsələlər, o cümlədən Ukrayna ətrafında vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi davam etdirilib”, - hesabatda deyilir.

Xarici işlər nazirləri həmçinin ikitərəfli münasibətlərin praktiki məsələlərini, o cümlədən ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığı müzakirə ediblər.