Вернуться назад Распечатать

Lukaşenko nüvə obyekti ilə bağlı Putinlə məsləhətləşəcək

1xeber.media xəbər verir ki, Belarus lideri Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə respublikada ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı məsləhətləşmələr aparacaq.

"Vladimir Vladimiroviçlə mən sabah məsləhətləşəcəyik, müzakirə edəcəyik və ikinci AES-in tikintisi ilə bağlı qərar qəbul edəcəyik", - Belarus lideri bildirib.

Respublikanın ilk nüvə obyekti 2021-ci ilin yayında bir enerji bloku ilə istismara verilib. İkinci enerji bloku 2023-cü ilin sonunda işə salınıb.

Sentyabrın 25-də Lukaşenko Rusiyaya iki günlük səfərə gəlib. Onun Qlobal Atom Enerjisi Forumu çərçivəsində səfərinin sentyabrın 26-dək davam edəcəyi planlaşdırılır.