Beş il həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikola Sarkozi Fransa lideri Emmanuel Makrondan əfv istəmək niyyətində deyil.
1xeber.media xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darroy BFMTV-yə müsahibəsində bildirib.
"O, təqsirsizliyini nümayiş etdirmək istədiyi üçün əfv istəmək barədə düşünmür", - vəkil bildirib.
O, Sarkozinin cəzasının hüquqi baxımdan əsassız olduğunu bildirib. O, həmçinin qeyd edib ki, müdafiə etdiyi şəxs iki əsas ittiham üzrə bəraət alıb: kampaniyanın qanunsuz maliyyələşdirilməsi və korrupsiya.
Bundan əvvəl Paris məhkəməsi Sarkozini 2007-ci il kampaniyası ilə bağlı 5 il həbs cəzasına məhkum etmişdi. Keçmiş Fransa lideri 5 il şərti həbs cəzasına məhkum edilib.