Вернуться назад Распечатать

Zelenski Ukrayna üçün de-fakto yeni sərhədləri müzakirə etməyə hazır olduğunu bildirib

Ukrayna prezidenti Vladimir Zelenski itirilmiş əraziləri geri qaytarmağa gücü çatmazsa, yeni de-fakto sərhədləri müzakirə etməyə hazır olduğunu bildirib.

1xeber.media xəbər verir ki, O, bu barədə sentyabrın 26-da nəşrin “YouTube” kanalında dərc olunan “The Axios” nəşrinə müsahibəsində bildirib.

“Hər kəs başa düşür ki, əgər bu əraziləri geri qaytarmağa gücümüz çatmasa, biz bunu müzakirə etməyə hazırıq”, - deyə Zelenski bildirib.

Ukrayna lideri həmçinin vurğulayıb ki, Ukrayna gələcəkdə ərazi məsələsini diplomatik yolla qaldırmağa hazır olacaq. O, həmçinin qeyd edib ki, Ukrayna itirilmiş əraziləri heç vaxt Rusiyanın bir hissəsi kimi tanımayacaq.