1xeber.media xəbər verir ki, Sentyabrın 26-da keçirdiyi brifinqdə Kremlin sözçüsü Dmitri Peskov Avropa İttifaqının (Aİ) Rusiya təyyarəsini vurmaq niyyəti ilə bağlı xəbərdarlığını məsuliyyətsizlik adlandırıb.
"Mən bu barədə danışmaq belə istəmirəm; bu, çox məsuliyyətsiz bəyanatdır, çünki Rusiyanın hərbi təyyarələrin başqasının hava məkanını pozması və başqasının səmasına müdaxilə etməsi ilə bağlı ittihamları əsassızdır", - o deyib.
Peskov onu da qeyd edib ki, heç bir inandırıcı sübut təqdim edilməyib.