Вернуться назад Распечатать

Peskov Rusiya ilə əməkdaşlığa dair qərarların qəbulunda Türkiyənin suverenliyini qeyd edib

Türkiyə hakimiyyəti ölkə suveren dövlət olduğu üçün Rusiya ilə əməkdaşlığın miqyası, o cümlədən Rusiya neftinin alınması barədə müstəqil qərar verə bilər.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 26-da keçirdiyi brifinqdə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
"Bizimlə hansı sahələrdə əməkdaşlıq edəcəyinə özü qərar verəcək suveren dövlətdir. Əgər müəyyən mallar üzrə ticarətin müəyyən növləri Türkiyə tərəfi üçün faydalı olarsa, Türkiyə tərəfi bunu davam etdirəcək", - o qeyd edib.

Peskovun sözlərinə görə, “Türk axını” boru kəməri hazırda “Mavi axın” kimi tam gücü ilə işləyir. O, Rusiyanın Türkiyə Respublikası ilə ticari-iqtisadi əməkdaşlığını davam etdirməsinə də aydınlıq gətirib.