ABŞ prezidenti Donald Tramp ilə Nyu-Yorkda qapalı görüşdə Ukrayna prezidenti Vladimir Zelenski 1600 km-dən çox mənzilli “Tomaqavk” qanadlı raketlərinin tədarükü tələbini irəli sürüb.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 26-da “The Telegraph” nəşri mənbələrə istinadən məlumat yayıb.
"Bu tələb iki lider arasında Birləşmiş Millətlər Təşkilatının kənarında keçirilən son dərəcə müsbət görüş kimi qiymətləndirilib", - hesabatda deyilir.
Qeyd olunur ki, Kiyevin bu tip silahları ala bilib-bilməyəcəyi hələlik məlum deyil. Nəşrin yazdığına görə, Zelenski daha əvvəl ABŞ-ın keçmiş prezidenti Co Baydenə də oxşar tələblə müraciət edib, lakin rədd edilib, çünki ABŞ administrasiyası belə bir addımın münaqişənin gərginləşməsinə səbəb ola biləcəyinə inanırdı.