Вернуться назад Распечатать

Orban Rusiyadan neftdən imtina ilə bağlı Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib ki, Budapeşt Rusiya enerji təchizatından imtina etsə, ölkə iqtisadiyyatı “diz çökəcək”.

1xeber.media xəbər verir ki, bu barədə Associated Press (AP) siyasətçiyə istinadən məlumat yayıb.

"Mən prezident Trampa dedim ki, Macarıstan Rusiya neftini və təbii qazını itirərsə, ölkənin iqtisadi göstəriciləri dərhal 4 faiz azalacaq (...) Bu, Macarıstan iqtisadiyyatını diz çökdürəcək", - Macarıstanın baş naziri qeyd edib.

Orbanın fikrincə, Rusiyanın enerji təchizatından mümkün imtina Macarıstan üçün “fəlakət” olardı. O, həmçinin vurğulayıb ki, Budapeşt Rusiyadan neft idxalı ilə bağlı ilk növbədə öz milli maraqlarını nəzərə alaraq öz qərarlarını verəcək.

Sentyabrın 23-də Tramp təklif etdi ki, Macarıstan Rusiyadan neft alışından imtina edə bilər. O qeyd edib ki, Orbanla dostluq münasibətləri saxlayır və onunla belə bir ehtimalı müzakirə edə bilər.