SOCAR-ın ən böyük yataqlarından biri olan “Günəşli” yatağında suvurmanın inkişaf etdirilməsi məqsədilə innovativ alətlər vasitəsilə yeni məlumatların toplanması, yatağın müasir proqramlar və qabaqcıl təcrübələrlə 3D hidrodinamik modelinin hazırlanması, habelə uzunmüddətli hasilat, suvurma profillərinin və həcmlərinin təxmin edilməsi istiqamətlərində kompleks tədbirlər görülür
. Atılan addımlar nəticəsində gündəlik neft hasilatında 200 ton səmərə əldə edilib. Məqsədimiz növbəti 3 ildə çıxarılan həcmlərin 50 faizini suvurma ilə əvəzləmək, hasilat və təzyiqin təbii azalmasının qarşısını alaraq ümumi artıma nail olmaqdır. “Günəşli” yatağında həyata keçirilən bu layihə digər lokal və regional yataqlar üçün də önəmli fundament təşkil edəcəkdir.