Birləşmiş Millətlər Təşkilatı (BMT) nüvə danışıqlarının nəticəsiz qalmasından sonra İrana qarşı daha geniş sanksiyalar tətbiq etməyi planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful sentyabrın 26-da Bloomberg-ə açıqlamasında bildirib.
"Biz danışıqlar yolu ilə yeni həllə nail olmaq üçün çoxsaylı imkanlar təklif etdik, lakin onlar (İran hakimiyyəti – red.) onlardan istifadə etmədilər. Sanksiyalar tətbiq olunacaq", - Vadeful bildirib.
Nəşr xatırladır ki, İranın xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Böyük Britaniya, Fransa və Almaniya diplomatları ilə görüşlər keçirib. Məqalədə deyilir ki, tərəflər sanksiyalardan qaçacaq və “İranın nüvə ambisiyaları ilə bağlı uzun müddət davam edən mübahisədə yeni böhranın qarşısını alacaq” həll yolu tapmağa çalışıblar.