BMT Rusiya prezidenti Vladimir Putinin daha əvvəl təklif etdiyi Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin (START) uzadılması ideyasını dəstəkləyib.
1xeber.media xəbər verir ki, bu barədə BMT Baş katibinin ofisi məlumat yayıb.
BMT baş katibinin sözçüsü Stefan Düjarrik Rusiya və Amerika nümayəndələri arasında bu məsələ ilə bağlı mümkün danışıqları şərh edərkən, "Biz əsas tərksilah müqavilələrinin uzadılmasını dəstəkləyirik" dedi.
Bundan əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi bəyan etmişdi ki, agentlik Putinin strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında müqaviləyə dair təklifini dəstəkləyir və bu, sənədin müddəti başa çatdıqdan sonrakı il üçün sazişin müddəalarına əməl olunmasını tələb edir. START müqaviləsinin ilkin olaraq gələn ilin fevralında başa çatması planlaşdırılır.