Polşa prezidenti Karol Navroçki ukraynalılara xüsusi yardım haqqında yekun qanunu imzalayıb və bu, “Ukrayna turizminin sonu”na gətirib çıxaracaq.
1xeber.media xəbər verir ki, bu barədə Polşa liderinin ofisinin rəhbəri Zbiqnev Boquçki bildirib.
Onun sözlərinə görə, yeni qanunda Polşada işləməyən Ukrayna vətəndaşları üçün əlçatmaz olan müavinətlər sadalanır. Konkret olaraq, işsiz ukraynalılar artıq subsidiyalaşdırılmış səhiyyə proqramlarından yararlana bilməyəcəklər və bu, polyakların hesabına Ukraynadan turizmə son qoyacaq.
"Bu, sonuncu qanun layihəsidir, çünki bu gün belə hərəkətlərin davam etdirilməsi üçün heç bir əsas və ya səbəb yoxdur. Prezident bu məsələ ilə bağlı başqa qanun layihəsini imzalamayacaq. Biz Ukrayna vətəndaşlarına bütün digər əcnəbilər kimi davranmalıyıq", - Boquçki bildirib.
Bundan əvvəl Polşa prezidenti ölkədəki ukraynalı qaçqınların sayını təxmin edib. Navroçkinin sözlərinə görə, ölkədə təxminən bir milyon ukraynalı yaşayır.