Вернуться назад Распечатать

 "Siz kimsiniz ki, mənə zəng etmisiniz?"-General əsəbləşdı

Azərbaycana yeni hərbi prokuror təyin edildikdən sonra bu qurumda çalışmış yüksək vəzifəli şəxslər yola salınır və ya yeni təyinatlar həyata keçirilir. Bir neçə gündür, Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovun vəzifəsindən azad olunacağı ilə bağlı xəbərlər yayılıb.

1xeber.media xəbər verir ki, manset.az Hərbi Prokurorun birinci müavini, general-mayor Şəfahət İmranovla əlaqə saxlayıb. Ş.İmranov ona ünvanlanan suallara cavab vermək əvəzinə, sərt ifadələr işlədib:

“Siz kimsiniz ki, məni yığmısınız? Vəzifəyə nə vaxt təyin olunub, nə vaxt azad olunacağımla bağlı mənə ağıl öyrətməyin. Nə deyə bilərəm, nə deyə bilmərəm özüm bilərəm. İşinizlə məşğul olun” – deyə general bildirib.