BMT Təhlükəsizlik Şurasının İranın nüvə problemi ilə bağlı qətnaməsini rədd etməsindən sonra İranın Aİ-3 üzvü olan Böyük Britaniya, Almaniya və Fransadakı səfirləri məsləhətləşmələr üçün Tehrana çağırılıb.
1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 27-də İran Xarici İşlər Nazirliyinə istinadən İSNA xəbər agentliyi məlumat yayıb.
"AB3-ün qeyri-qanuni hərəkətləri fonunda, İranın Böyük Britaniya, Almaniya və Fransadakı səfirləri məsləhətləşmələr üçün Tehrana çağırılıb", - Telegram kanalı bildirib.