1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiya ərazisinin dərinliklərinə endirmək üçün Ukraynaya uzaqmənzilli silahlar ötürməyi düşünür.
“Trampın şərhləri siyasətdə dəyişiklikdən xəbər verirsə, bu, Ukraynaya daha çox hədəfi vurmağa imkan verə bilər”, - nəşr qeyd edir.
WSJ-nin məlumatına görə, sentyabrın 23-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə Tramp Kiyevə uzaqmənzilli silahların mümkün təhvil verilməsindən bəhs edib, lakin öhdəlik götürməkdən imtina edib. Nəşr həmçinin Zelenskinin “Tomaqavk” qanadlı raketlərinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi tələbini də təsdiqləyib. Məlumata görə, Tramp administrasiyası hazırda bu variantı nəzərdən keçirir.
Bundan əvvəl The Telegraph Zelenskinin Trampa Tomaqavk raketlərinin ötürülməsi ilə bağlı müraciəti barədə məlumat vermişdi. Mənbələrə görə, Amerika prezidenti buna “son dərəcə müsbət” baxıb.