Вернуться назад Распечатать

Pakistan səfirliyi Anım Günü ilə bağlı paylaşım etdi

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanda 27 sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib.

1xeber.media xəbər verir ki, "X" sosial şəbəkəsində edilən paylaşımda deyilir:
"Azərbaycanlı qardaş və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik. Biz Qarabağın azad edilməsində göstərdikləri şücaətə görə əbədi olaraq yaddaşlarda qalacaq şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik".