1xeber.media xəbər verir ki, o, bu barədə jurnalistlərlə görüşündə danışıb. “Hərbi əməliyyatı dayandırmayacağıq. Rejim siyasi həll masasına oturana qədər Əsədlə döyüşəcək gücümüz var”, - deyə, sədr bildirib.
Onun bu açıqlaması geniş müzakirələrə səbəb olub.
Suriya Milli Ordusu Tel Rıfat və Mənbic arasında terror dəhlizinin yaradılması hazırlıqlarına cavab olaraq PKK/YPG-yə qarşı “Azadlıq şəfəqi” əməliyyatına başlayıb. Əməliyyatda Tel Rifat rayonu mühasirəyə alındıqdan sonra rayon mərkəzi terrordan xilas edilib.