27 Sentyabr – Anım Günü münasibətilə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və struktur bölmə rəhbərləri Zəfər parkını ziyarət edib.
1xeber.media xəbər verir ki, respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, xatirə daşının önünə gül dəstələri qoyulub.